“Bank Technique”də müddətli əmanətlərin artım dinamikası rekord həddə çatıb

“Bank Technique” ASC-nin fiziki şəxslərin müddətli depozit portfelinin artım dinamikası bu ilin əvvəli ilə müqayisədə 66,7% artaraq, rekord həddə çatıb.
2013-cü ilin noyabr ayının 19-na olan məlumata görə, Bankda əhalinin müddətli əmanətlərinin ümumi həcmi 131,7 milyon təşkil edib ki, bu da cari ilin yanvar ayı ilə müqayisədə 52,7 milyon manat və ya 66,7% çoxdur. Əmanətçilərin sayı 62 700 nəfəri ötüb.

Qeyd edək ki, hazırda Bankda “Unikal”, “Standart”, “Yığım”, “Xeyriyyəçi”, “Multi-TEC”, “Duo-TEC”, “Smart”, “Şans”, “Tələbli” və “Uşaq” depozit növləri mövcuddur. Bu il ən çox artım 12 ay müddətli “Standart” depozit növü üzrə müşahidə olunur. Vətəndaşlar bu əmanət növünə, ümumilikdə, 56,9 milyon manat vəsait yerləşdiriblər.

“Bankın depozit portfelinin həcmi, təxminən, 67% artıb. Bu, Azərbaycan bankları arasında, ən yaxşı göstəricilərdən biridir. Əmanətlərin aktiv axını düşünülmüş faiz dərəcəsi siyasəti və əlverişli depozit proqramları hesabına təmin edilir”, - “Bank Technique”in İdarə Heyətinin üzvü Orxan Hüseynov bildirib.