Bank Technique - dən reytinq açıqlaması

Bank Technique - dən reytinq açıqlaması | alkredit.az

“Bank Technique” ASC, “Moody`s” beynəlxalq reytinq agentliyinin verdiyi reytinqləri geri çağırmasına aydınlıq gətirib.
“Bank Technique” ASC-dən, “əməkdaşlığın dayandırılması biznes səbəbləri ilə izah olunur və bu da Bankın elan etdiyi xərclərin optimallaşdırılması ilə əlaqədardır” – deyə bildirilib.
Xatırladaq ki, Agentlik Bankın "Caa2" səviyyəsində milli və xarici valyutada olan uzunmüddətli depozit reytinqləri geri çağrıb.
Son dövrlər “Bank Technique” ətrafında səslənən fikirlər müştərilərində narahatlıq doğurur. Bank müəyyən çətinliklərinin olduğunu gizlətməyərək, bunları aradan qaldırmaq üçün bütün qüvvəsini səfərbər etdiyini bəyan edib.
“Xərclərin optimallaşdırılması, bəzi strukturların minimallaşdırılması və müştərilərə xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində bütün mümkün tədbirləri həyata keçiririk”,- “Bank Technique”Avqust ayının əvvəlində açıqlamsında bildirmişdi.

 


mənbə:marja