Bank VTB (Azərbaycan)-ın aktivləri 340 mln manata çatıb

Bank VTB (Azərbaycan)-ın aktivləri 340 mln manata çatıb | alkredit.az

2015-ci ilin birinci yarısında bank VTB (Azərbaycan)-ın aktivləri 340 mln manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq göstəricisindən 47% çoxdur. Bankın kredit portfeli 56% artaraq 337,8 mln manatı keçib.

Milli valyutada olan kreditlərin payı ümumi portfeldə təxminən 70,5 mln təşkil edib. Bu da 2014-cü ilin həmin dövrü ilə müqayisədə 14% çoxdur. Xarici valyutada olan kreditlər 112 mln manat və ya 72% artaraq 267 mln manata çatıb.

Kreditin strukturunda 154 mln manat və ya 45,6%  istehlak kreditlərinin payına düşüb. 2015-ci ilin birinci yarımilliyində verilən istehlak kreditləri arasında əsas yeri nağd kreditlər tutur - 63,3 mln manat. Ötən illə müqayisədə avtokreditlərin payı azalıb və 59,4 mln manat təşkil edib.

“İstehlak kreditləri, xüsusən də avtokrediti olan insanlar bazardakı dəyişikliklərə çox həssas reaksiya verir. Məhz buna görə biz, pərakəndə kreditləşməni aktiv şəkildə artırmağa çalışmırıq. Çünki bu əhalinin həddən çox kreditləşməsinə gətirə bilər. Kredit borcunun artması isə müştərilərin maliyyə vəziyyətində əks olunur”- deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.

2015-ci il 1 iyul tarixinə ümumi kredit portfelində biznes-kreditlərin payı 190 mln manat olub ki, bu da 2014-cü ilin göstəricisi ilə müqayisədə 57% çoxdur. Kiçik sahibkarlığın maliyyələşməsinə bank 117 mln manatdan çox vəsait yönəldib. Orta və iri sahibkarlığın inkişafına 72 mln manat ayrılıb.

2015-c ilin 1-ci yarısında depozit portfelində artım müşahidə olunub: əmanətlərin həcmi təxminən 40 mln manat olub ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 24 mln manat çoxdur.

Son il ərzində bank filial şəbəkəsinin artırıb və bu gün 14 filiala sahibdir. Bankomat və pos-terminalların sayı 2 dəfə artaraq 15-ə çatıb. Bankın əməkdaşlarının sayı 500 nəfəri keçib. 2015-ci ilin 1 iyul tarixinə bankın müştərilərinin sayı 16 mindən 27 minə çatıb.

 

Arayış üçün:

 

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin  səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14  filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub