Bank VTB (Azərbaycan) «Blizko» pul köçürmələri sisteminə qoşulub

Bank VTB (Azərbaycan) «Blizko» pul köçürmələri sisteminə qoşulub | alkredit.az

Bank VTB (Azərbaycan) «Blizko» pul köçürmələri sisteminə qoşulması prosesini başa çatdırıb. “Blizko” sistemi MDB və yaxın xarici ölkələrdə fəaliyyət göstərən 75 mindən çox məntəqədə pul köçürmək və qəbul etmək imkanı verir. Pul köçürmələr dollar, avro və rus rublu ilə həyata keçirilir.

İstiqamətdən asılı olmayaraq köçürmənin sürəti 1 dəqiqə vaxt alır. Xidmət üzrə komissiya yalnız  vəsaiti göndərən şəxsdən tutulur. Komissiya orta hesabla köçürülən vəsaitin 0,5-0,8%-i təşkil edir.

“Blizko” təcili pul köçürmə xidmətlərindən bank VTB (Azərbaycan)-ın bütün filiallarında, o cümlədən Xırdalan, Sumqayıt və Gəncə şəhərlərindəki ofislərində istifadə etmək olar.

“Biz hər zaman müştərilərimizə keyfiyyətli xidmət göstərməyə çalışırıq. Məhz buna görə bank VTB (Azərbaycan) pul köçürmələri xidmətlərini genişləndirir. “Blizko” sistemi bankın müştərilərinə tez, etibarlı, asan və sərfəli qiymətə pul köçürmə üzrə əməliyyatlar aparmağa imkan verəcək ”- deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.

Arayış üçün:

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin  səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14  filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub