Bank VTB (Azərbaycan) diplomla təltif edilib

Bank VTB (Azərbaycan) diplomla təltif edilib | alkredit.az

“Zolotaya korona” pul köçürmə sistemi bank VTB (Azərbaycan)-ı diplom ilə təltif edib. Bu mükafat banka “Zolotaya Korona-Pul köçürmələri” servisi ilə effektiv və sıx əməkdaşlığa görə verilib.

“Bank VTB (Azərbaycan) pul köçürmələri sahəsində müştərilərə keyfiyyətli xidmət göstərmək üçün ciddi işlər həyata keçirir. Neçə illərdir ki, bank “Zolotaya korona” pul köçürmələri sistemi ilə çalışır və biz belə yüksək qiymət aldığımız üçün çox şadıq. Ümid edirəm ki, bizim əməkdaşlıq uğurla davam edəcək” deyə, -bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.

“Zolotaya Korona” servisindən başqa bank həmçinin “Western Union”, “Contact”, “Blizko” pul köçürmə sistemləri ilə öz müştərilərinə vəsaitlərini köçürmək imkanı verir.