Bank VTB (Azərbaycan) məktəbə unikal nəşrlər seriyasını hədiyyə edib

Bank VTB (Azərbaycan) məktəbə unikal nəşrlər seriyasını hədiyyə edib | alkredit.az

Bank VTB(Azərbaycan) Bakı şəhəri 23 saylı orta məktəbə rus ədəbiyyatı klassiklərinin unikal nəşrlər seriyasını hədiyyə edib. A.S. Puşkin, P.P. Yerşov, N.V. Qoqol, İ.A.Krılovun kitablarını bank VTB  (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev məktəbin direktoru Yuliya Kərimovaya şəxsən təqdim edib.

Bu kitablar Rusiya dövlət kitabxanası və VTB-nin “Dünya ədəbiyyatı klassikləri. Söz və Obraz” adlı birgə layihəsi çərçivəsində nəşr edilib. Kitabların hər biri yazıçıların yaşayıb-yaratdığı dövrü ustalıqcasına əks etdirən çoxsaylı illüstrasiyalarla zəngindir.  Belə illüstrasiyalar ədəbiyyat dərslərində bu kitablardan əyani vəsait kimi istifadə etməyə də imkan verir.

“Öz sosial siyasətində bank VTB (Azərbaycan) təhsil, mədəniyyət, səhiyyə və idmanın dəstəyinə böyük diqqət yetirir. Biz çox şadıq ki, VTB-nin dəstəyi ilə nəşr olunmuş möhtəşəm kitabları 23 saylı məktəbə təqdim edirik. Bu müəlliflərin əsərləri məktəb proqramına daxildir və mən əminəm ki, belə rəngli illüstrasiyalı kitablar şagirdlərin oxumağa marağını daha da artıracaq. Bizim bank bu sahədə əməkdaşlığı davam etdirmək niyyətindədir”-deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.

 

Arayış üçün:

 

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin  səhmdarları: VTB Bank ASC və “AtaHolding” MMC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14  filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub