Bank VTB (Azərbaycan) manatla kredit təkliflərini genişləndirir

Bank VTB (Azərbaycan) manatla kredit təkliflərini genişləndirir | alkredit.az

Bank VTB (Azərbaycan) müştəriləri üçün təklif etdiyi manat kreditlərinin çeşidini genişləndirir. Belə ki, cari həftədən etibarən bankın bütün filiallarında “Nağd kreditlər” və “Girovlu istehlak krediti”-ni manatla almaq mümkündür.

Nağd kreditlər məhsulu üzrə müştərilər 300 manatdan 11 min manatadək kredit götürə bilər. Kreditin müddəti 6 aydan 36 ayadəkdir.

Girovlu istehlak krediti üzrə təklif olunan məbləğ 3 min manatdan 50 min manatadək təşkil edir. Kredit daha uzun müddətə verilir – müştərilərə kredit 6 aydan 60 ayadək təklif olunur. Kredit üzrə komissiya yoxdur.

“Hazırda bazarda məhz manatla kreditlərə böyük təlabat var. Bunu nəzərə alaraq bankımız milli valyutada kreditləşməni genişləndirir. Bunun üçün bankın kifayət qədər manat resurslarının olması da buna əlverişli zəmin yaradır”- deyə, bank VTB (Azərbaycan)-ın İdarə heyətinin üzvü Yuri Yakovlev bildirib.

 

Arayış üçün:

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin  səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14  filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub