Bank VTB (Azərbaycan) “Mikrokredit” məhsulu üzrə şərtlərini yeniləndirib

Bank VTB (Azərbaycan) Mikrokredit məhsulu üzrə şərtlərini yeniləndirib | alkredit.az

Bank VTB (Azərbaycan) “Mikrokredit” məhsulu üzrə şərtlərini yeniləndirib. Belə ki, kredit üzrə maksimal məbləğ 20 min manatdan 25 min manatadək (və ya dollar, avro və rus rublu ekvivalenti) artırılıb. Kreditin müddəti 3 il təşkil edir.

Bank həmçinin müştəri kateqoriyasına görə maksimal məbləğ üzrə qradasiya tətbiq edib. Beləliklə, müştərilər 3 kateqoriyaya bölünür: 24 aydan və 12 aydan çox müsbət  kredit tarixçəsinə sahib olan müştərilər, bankın yeni müştəriləri.

Kreditin faiz dərəcəsi məbləğdən asılı olaraq dəyişir. Məbləğ 10 min manatdan (dollar və avro ekvivalenti) çox olduğu halda faiz dərəcəsi 23%-dən başlayır. Kreditin məbləği bu göstəricidən yüksək olarsa, bank 20%-dən başlayaraq kredit təklif edir.10 min manatadək rubl ekvivalentində olan məbləğ üçün faiz dərəcəsi 30%, 10 min manatdan yüksək olduqda isə 27% təşkil edir.

Yeni şərtlərə əsasən, indi daşınmaz əmlak, nəqliyyat vasitələri, dövriyyədə olan əmtəə, təchizat, digər banklardan zəmanətlər və depozitlə yanaşı girov qismində müştərinin ev əmlakı da çıxış edə bilər. Kreditin verilməsi 1-2 gün təşkil edir.

“Bank VTB (Azərbaycan) kiçik biznesin inkişafını dəstəkləyir. Bu məqsədlə biz, məhsullarımızın şərtlərini yaxşılaşdırırıq, onları müştəri üçün daha da əlverişli etməyə çalışırıq. Bu məhsul fərdi sahibkarlar, hüquqi şəxslər, eləcə də biznesi olan fiziki şəxslər üçün nəzərdə tutulub. Əldə edilmiş kredit əsas vəsaitlərin alınmasına, cari kreditlərin yenidənmaliyyələşməsinə, investisiya məqsədlərinə, eləcə də istehlak xərclərinə ayrıla bilər” – deyə, bank VTB (Azərbaycan)-ın Kiçik və orta biznes idarəsinin direktoru Bəhruz Camalov bildirib.

 

Arayış üçün:

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin  səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14  filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub

 

http://vtb.az/

https://www.facebook.com/VTBAZERBAIJAN?fref=ts