Banklar Fevralda 1 milyard manata yaxın xarici borc qaytarıblar

Banklar Fevralda 1 milyard manata yaxın xarici borc qaytarıblar | alkredit.az

2016-cı ilin Fevral ayında bankların xarici öhdəlikləri 974,3 milyon manat və ya 11,6% azalaraq 01 Mart tarixinə 7 milyard 411,6 milyon manata düşüb.

2015-ci ilin yanvar ayının sonunda bankların xarici öhdəlikləri 4 milyard 935,6 milyon manat idi. 21 Fevraldakı devalvasiyadan sonra xarici öhdəliklər manat ilə ifadədə 2 milyard 532,6 milyon manat artaraq 7 milyard 468,2 milyon manata çıxdı. Mart-Noyabr aylarında banklar xarici öhdəliklərini 1 milyard 401 milyon manat azaldaraq 6 milyard 67,1 milyon manata saldılar. Lakin 21 Dekabrdakı devalvasiyadan sonra xarici öhdəliklər 2 milyard 137,4 milyon manat “şişərək” 8 milyard 204,5 milyon manat oldu.

Yanvarda bankların xarici öhdəlikləri 181,4 milyon manat artaraq  8 milyard 385,9 milyon manata çıxmışdı.

mənbə:marja