Banklar yığımlarını 40-55% artıra bilərlər

Banklar yığımlarını 40-55% artıra bilərlər | alkredit.az

Son dövrlərdə banklar tərəfindən xərclərin azaldılması ilə bağlı müxtəlif addımların atılmasının şahidi oluruq. AZKOLL şirkətinə daxil olan müraciətlərin əksəriyyəti də banklarda problemli kreditlərin yığılmasına sərf edilən xərclərin azaldılması ilə bağlı olmuşdur.

İlk növbədə qeyd etmək lazımdır ki, xərclərin azaldılması heç də işin effektivliyinin azaldılması demək deyildir, bir çox hallarda xərclərin düzgün idarə edilməsi nəticəsində banklar problemli kreditlərin yığılmasında 40-55% həcmində artıma nail olurlar. Buna misal olaraq tərəfimizdən bir neçə bankda problemli kreditlərinin təqibində düzgün bildiriş sisteminin tətbiqi nəticəsində yığım həcminin 42-46% artmasını və bununla bərabər həmin portfel üzrə ünvana ziyarətlərə çəkilən xərclərin 35% azaldılmasını göstərmək olar.

Xərclərin optimallaşdırılması ilk növbədə banklarda sistemli yanaşmanın olmasını zəruri edir.

Misal: Filiallarda və problemli kredit departamentində danışıq qeydlərinin təhlili göstərir ki, həm kredit eksperti həm soft kollekşn mütəxəssisi, həm də hard kollekşn mütəxəssisi, müştəridən eyni məlumatların toplanması ilə məşğul olur (müştərinin iş yeri, gəlirləri, ailə üzvləri ilə münasibətləri, dost tanışları ilə əlaqələr və s.) halbuki, bu məlumatlar pre kollekşn mərhələsində kredit eksperti tərəfindən toplanaraq lazımi qaydada sistemə daxil edilərsə sonrakı mərhələdə problmeli kredit ekspertləri bu məlumatları toplamaq üçün vaxtlarını və mobil telefona çəkilən xərclərini israf etməzlər.

Digər bir vacib amil soft kollekşn və hard kollekşn mərhələləri üçün ayrılan vaxtın düzgün müəyyən edilməsidir:

Soft kollekşn mərhələsində işlər minimum 30 gün təqib olunmalıdır. Bu mərhələdə tətbiq edilən metodların dairəsi məhdud olmasına baxmayaraq intensiv təqib nəticəsində borcların 95%-ə qədərini yığmaq imkanı vardır. Bu baxımdan soft kollekşn mərhələsində daha çox işçi cəlb edilməli, telefon danışıqları maksimum sıxlıqla aparılmalı və bütün nömrələr üzrə işlənilməlidir. Bu mərhələdə müştəriyə ən geci 2-3 gün vaxt verilməli və hər 2-3 gündən bir müştərinin şəxsi nömrələri və dost tanış nömrələri ilə danışıqlar aparılmalıdır.

Hard kollekşn mərhələsi minimum 60 gün müəyyən edilməlidir. Hard kollekşn mərhələsində yol verilən əsas səhvlərdən biri danışıq imkanları bitməmiş ünvana və iş yerinə ziyarətlərin aparılmasıdır. Bu isə öz növbəsində yığıma çəkilən xərclərin 40-60% artmasına səbəb olur. Halbuki düzgün danışıq ssenarisinin seçilməsi və üç mərhələli bildiriş metodunun tətbiqi nəticəsində ünvana ziyarət sayını 4-5 dəfə azaltmaq mümüknüdür və bununla bərabər yığılmarın ciddi şəkildə artmasının şahidi oluruq.

Legal kollekşn mərhələsi ən çox xərc tələb edən mərhələ olduğu üçün burada xüsusən diqqətli olmaq lazımdır. Hər ümidsiz müştəri üçün ödənilmiş dövlət rüsumu hər məktub xərci bank üçün yekunda arzuolunmaz nəticələrə və şişmiş xərc maddələrinə gətirib çıxarır.

Hüquqşünaslar legal kollekşn mrəhləsi üçün xüsusi danışıq ssenarisi və bildiriş forması tətbiq etməlidirlər. Ən azı 30 gün danışıq aparmalı və yalnız bundan sonra işi məhkəməyə göndərməldirlər. Bu halda təcrübə göstərir ki, bank məhkəmə prosesinə çəkilən xərcləri azaltmaqla yanaşı həm də legal kollekşn mərhələsinin özünə cəkiləcək xərcləri belə elə legal kollekşn danışıqlarından müştərilərdən yığılan vəsaitlər hesabına həyata keçirə bilir. Legal kollekşnda yığımların artırılmasının digrə bir yolu isə paralel yazışma metodunun tətbiq edilməsidir.

Bir çox hallarda banklar icra məhrəhləsində olan müştərilərlə danışıqları və yazışmaları dayandırırlar. Bu da özlüyündə müştərilərin itirilməsinə səbəb olur. Bu baxımdan icra mərhələsində olan müştərilər üçün etimad telefon xətti metodunun tətbiqi xüsusi əhəmiyyətə malikdir. Bu metod hazırda xarici bankların təcrübəsində effetkiv istifadə edilir və az xərc sərf etməklə müştəriləri tapmağa imkan verir.

Göründüyü kimi, banklar ştatları ixtisar etmədən, sadəcə düzgün sistemli yanaşma tətbiq edərək, problemli kredit ekpsertlərini çevik idarə edərək, habelə hüquqşünasları da danışıqlar prosesinə qoşmaqla həm öz xərclərinə azaltmağa həm də yığımı əhəmiyyətli dərəcədə artırmağa nail ola bilərlər.

AZKOLL KOLLEKTOR ŞİRKƏTİ olaraq hazrda bu istiqamətlərdə 3 bank və 5 bank olmayan kredit təşkilatına təhlil, qiymətləndirmə və konsaltinq xidmətləri göstəririk.

Pərviz Məmmədov, “AZKOLL” şirkətinin direktoru

Ünvan:             Haci Murad küç., Adore Plaza 5-ci mərtəbə AZ1075, Bakı, Azərbaycan

Tel.:                 +994 012 511 66 09

Mob:              +994 055 260 4070

URL: www.azcoll.az