Beynəlxalq Bankın filialarının ixtisarı planlaşdırılır?

Beynəlxalq Bankın filialarının ixtisarı planlaşdırılır? | alkredit.az

Azərbaycan Beynəlxalq bankının filial şəbəkəsinin genişləndirilməsi, yaxud ixtisarı istiqamətində müəyyən addımların atılacağı gözlənilir.

ABB-nin İdarə Heyətinin sədri Elmar Məmmədov bildirib ki, Azərbaycanın mövcud sosial-iqtisadi inkişafı mühitində və ölkənin maliyyə bazarındakı banklararası sağlam rəqabət şəraitində istənilən bankın xidmət şəbəkəsinin optimal əsaslar üzərində qurulması çox mühümdür:

“Azərbaycan Beynəlxalq Bankı ölkənin ən geniş xidmət şəbəkəsinə malik banklarından biridir. Bankın xidmət şəbəkəsinin optimallaşdırılması, xidmət ofislərimizin həm ərazi-coğrafi baxımdan, həm real müştəri potensialı baxımından daha səmərəli şəkildə yerləşdirilməsi də, təbii ki, planlarımıza daxildir və bu istiqamətdə müəyyən addımlar atıla bilər”.

 

 

Mənbə:marja