Beynəlxalq Bankın ManatExpress-inə böyük maraq

Beynəlxalq Bankın ManatExpress-inə böyük maraq | alkredit.az

Azərbaycan Beynəlxalq Bankının ötən ilin sonlarından istifadəyə verdiyi ManatExpress yerli sürətli pul köçürmə sistemindən istifadə edən müştərilərin sayı getdikcə artmaqdadır.

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, təkcə sentyabr ayında bu sistemdən 5 mindən çox  müştəri faydalanıb. ManatExpress – fiziki şəxslərə Azərbaycan ərazisində sürətli pul köçürmələrini daha sərfəli şərtlərlə həyata keçirməyə imkan verən bankdaxili sistemdir.

Bu sistemin əsas üstünlükləri ondan istifadənin son dərəcə sadəliyi, əməliyyatın cəmi bir neçə dəqiqə ərzində başa çatdırılması, ən əsası isə köçürmə tarifinin xeyli sərfəli olmasıdır. Belə ki, komissiya haqqı köçürülən məbləğin cəmi 0,4%-i (minimum 1 manat) təşkil edir.

ManatExpress vasitəsilə Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrində pul köçürmək olar. Eyni zamanda vəsaiti alan tərəf yalnız şəxsiyyət vəsiqəsini və köçürmənin kodunu təqdim etməklə ona çatacaq pulu Bankın istənilən filial və şöbələrindən götürə bilər.

ManatExpress sürətli pulköçürmə sistemi barədə əlavə təfərrüatlar bu bölmədə əks olunub: http://www.ibar.az/index.php?in=Section&run=show&id=454