Beynəlxalq Bankın törəməsinin reytinqini təsdiq edib

Beynəlxalq Bankın törəməsinin reytinqini təsdiq edib | alkredit.az

“Moody’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının (IBAR) törəmə bankı olan “MBA Moskva”nın reytinqini dəyişməyərək təsdiq edib.

Bununla da “MBA Moskva”nın yerli valyutada uzunmüddətli reytinqi “B3” müəyyən edilib.

Bundan əlavə bankın xarici valyutada uzunmüddətli reytinqi “B3”, bankın maliyyə dayanıqlılığı reytinqi “E+” və reytinq üzrə proqnozu stabil olaraq təsdiq edilib.

mənbə:marja