Beynəlxalq Bank iri məbləğdə kredit cəlb etdi

Beynəlxalq Bank iri məbləğdə kredit cəlb etdi | alkredit.az

Azərbaycan Beynəlxalq Bankı bu günlərdə 2015-ci ildə ilk dəfə 200 milyon ABŞ dolları ekvivalent həcmində sindikatlaşdırılmış kredit  cəlb etmişdir.

Bankdan “Marja”ya verilən məlumata görə, sindikasiyanın təşkilatçıları qismində  CITIBANK N.V., INGBANK N.V., RAIFFEISENBANK INTERNATIONAL AG, UNICREDITBANK AUSTRIA AG çıxış etmişlər.

Əvvəlcədən kredit  125 milyon dollar həcmində planlaşdırılsa da, sonradan sindikasiyaya daha 18 beynəlxalq maliyyə institutlarının qoşulması nəticəsində kreditin həcmi 200 milyona qədər yüksəlmişdir.

BU SAHƏLƏRƏ YÖNƏLDİLƏCƏK

Vəsait 365 gün müddətinə cəlb edilmişdir, ticarət  və  korporativ maliyyələşməyə yönəldiləcəkdir.