Beynəlxalq Sığorta Şirkətinin xalis mənfəəti 2 dəfədən çox artıb

Beynəlxalq Sığorta Şirkətinin xalis mənfəəti 2 dəfədən çox artıb | alkredit.az

“Beynəlxalq Sığorta Şirkəti” ASC 2015-ci ili 1 milyon 118 min 700 manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Şirkət 2014-cü ildə 458 min 550 manat xalis mənfəət əldə etmişdi. Beləliklə, 2014-cü illə müqayisədə keçən il şirkətin xalis mənfəəti 2,4 dəfə artıb.

Ötən il şirkətin cəmi gəlirləri təxminən 17,27 milyon manat, cəmi xərcləri isə təxminən 16,15 milyon manat təşkil edib. Şirkət keçən il mənfəət vergisi ödəməyib.

“Beynəlxalq Sığorta Şirkəti” sığorta ehtiyatlarından 1,94 milyon manatı gəlirlərə əlavə edib. Bundan başqa, təxminən 1,1 milyon manat investisiya gəliri, 158,1 min manat subroqasiya gəliri, 2,68 milyon manat sair gəlirlər əldə edib.

2015-ci ildə “Beynəlxalq Sığorta Şirkəti”nin topladığı sığorta haqları 11,07 milyon manat, sığorta ödənişləri isə 4,14 milyon manat təşkil edib.

Ötən il “Beynəlxalq Sığorta Şirkəti”nin aktivləri 12,2% azalaraq 35,91 milyon manatdan 31,51 milyon manata düşüb.

İl ərzində şirkətin nizamnamə kapitalı dəyişməyərək 14,8 milyon manatda qalıb.

Qeyd etmək lazımdır ki, təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan Beynəlxalq Sığorta Şirkəti müştərilərinə 32 sığorta növü üzrə sığorta xidmətləri göstərir.

Balans

manatla
A K T İ V L Ə R İlin əvvəlinə Hesabat dövrünün sonuna
I .UZUNMÜDDƏTLİ AKTİVLƏR
Torpaq, tikili və avadanlıqlar 5 928 919,57 5 540 957,84
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması
Daşınmaz əmlaka investisiyalar
Qeyri-maddi aktivlər 386 621,60 567 085,60
Təxirə salınmış vergi aktivləri
Uzunmüddətli debitor borcları
Uzunmüddətli maliyyə aktivləri: 0,00 0,00
dövlət qiymətli kağızları
qeyri-dövlət qiymətli kağızları
sair maliyyə aktivləri
İştrak payı metodu ilə uçota alınmış investisiyalar
Təsisçi və ya səhmdarlarla hesablaşmalar
Sair aktivlər 272 274,51 136 004,51
Cəmi uzunmüddətli aktivlər 6 587 815,68 6 244 047,95
II . QISAMÜDDƏTLİ AKTİVLƏR
Ehtiyatlar
Debitor borcları: 8 834 652,70 8 201 290,53
birbaşa sığorta üzrə 7 565 309,38 6 198 395,04
təkrarsığorta əməliyyatları üzrə : 439 326,96 165 230,84
- təkrarsığortaçı üzrə 322 611,18 99 399,38
- təkrarsığortalı üzrə 116 715,78 65 831,46
asılı təşkilatlar üzrə
büdcə üzrə 238 237,47 1 046 308,95
iddia tələbləri üzrə 20 257,04 11 391,86
işçi heyəti üzrə 1 090,34
sığortalılara verilən borclar üzrə
sair debitorlar 571 521,85 778 873,50
Pul vəsaitləri  və onların ekvivalentləri: 15 052 833,65 13 381 560,30
kassa 40 340,83 46 456,26
hesablaşma hesabı 1 074 507,80 552 374,12
valyuta hesabı 70 815,69 8 545,58
depozit hesablar 13 864 372,96 12 769 178,36
sair pul vəsaitləri 2 796,37 5 005,98
Qısamüddətli maliyyə aktivləri: 0,00 0,00
dövlət qiymətli kağızları
qeyri-dövlət qiymətli kağızları
sair maliyyə aktivləri
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı: 5 399 580,01 3 658 473,92
həyat sığortası sahəsi üzrə
qeyri-həyat sığortası sahəsi üzrə 5 399 580,01 3 658 473,92
Sair qısamüddətli aktivlər: 30 226,72 22 080,47
gələcək hesabat dövrlərinin xərcləri 24 139,29 21 671,04
verilmiş  avanslar
təhtəl hesablar 6 087,43 409,43
Sair aktivlər 2 636,82 2 103,86
Cəmi qısamüddətli aktivlər 29 319 929,90 25 265 509,08
CƏMİ AKTİVLƏR 35 907 745,58 31 509 557,03
K A P İ TA L  VƏ    Ö H D Ə L İ K L Ə R İlin əvvəlinə Hesabat dövrünün sonuna
I . KAPİTAL
Ödənilmiş nominal (nizamnamə) kapitalı 14 800 000,00 14 800 000,00
Emissiya gəliri
Geri alınmış kapital (səhmlər)
Kapital ehtiyatları: 4 475 022,12 4 116 359,96
yenidən qiymətləndirilmə üzrə ehtiyat 4 475 022,12 4 116 359,96
digər kapital ehtiyatları
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) -3 106 508,15 -1 987 808,56
Hesabat dövründə xalis mənfəət (zərər) 458 550,36 1 118 699,59
Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı
mənfəət (zərər) üzrə düzəlişlər
Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət
(ödənilməmiş zərər)
-3 565 058,51 -3 106 508,15
Elan edilmiş dividendlər
Cəmi kapital 16 168 513,97 16 928 551,40
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR
Sığorta ehtiyatları: 13 326 749,34 9 650 079,53
Həyat sığortası sahəsi üzrə :
Qeyri-həyat sığortası sahəsi üzrə: 13 326 749,34 9 650 079,53
Qarşısıalınma tədbirləri fondu
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər
Təxirəsalınmış vergi öhdəlikləri
Kreditor borcları : 0,00 0,00
əməyin ödənilməsi üzrə
büdcə üzrə
sosial sığorta və təminat üzrə
digər məcburi ödənişlər üzrə
asılı təşkilatlar üzrə
sair kreditorlar
Sair uzunmüddətli öhdəliklər: 0,00 0,00
gələcək hesabat dövrünün gəlirləri
alınmış avanslar
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər: 3 802 138,24 4 153 848,94
təkrarsığortaçı üzrə 3 716 829,93 4 140 170,96
təkrarsığortalı üzrə 85 308,31 13 677,98
Təsisçi və ya səhmdarlarla hesablaşmalar
Sair öhdəliklər
Cəmi uzunmüddətli öhdəliklər 17 128 887,58 13 803 928,47
III . QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər
Kreditor borcları: 2 610 046,72 776 779,85
əməyin ödənilməsi üzrə 78,05
büdcə üzrə
sosial sığorta və təminat üzrə 92 677,42 30 723,40
digər məcburi ödənişlər üzrə 13 921,00 7 201,90
asılı təşkilatlar üzrə
sair kreditorlar 2 503 370,25 738 854,55
Sair qısamüddətli öhdəliklər: 0,00 0,00
gələcək hesabat dövrünün gəlirləri
alınmış avanslar
Təsisçi və ya səhmdarlarla hesablaşmalar
Sair öhdəliklər 297,31 297,31
Cəmi qısamüddətli öhdəliklər 2 610 344,03 777 077,16
CƏMİ ÖHDƏLİKLƏR 19 739 231,61 14 581 005,63
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR 35 907 745,58 31 509 557,03
Qeyd : Ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmi*
* Bu sətrlər üzrə məlumatlar balansa daxil edilmir.

Mənfəət və zərər

manatla
Gəlirlər Məbləğ
Əsas əməliyyat gəliri: 11 395 330,71
birbaşa sığorta üzrə sığorta haqları 11 073 942,90
təkrarsığorta üzrə təkrarsığorta haqları 166 257,66
sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə 143 052,11
təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon
muzdlar üzrə
12 078,04
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi) 1 935 563,72
İnvestisiya gəlirləri üzrə 1 097 627,28
Subroqasiya gəlirləri 158 113,23
Sair gəlirlər 2 682 469,54
CƏMİ  GƏLİRLƏR 17 269 104,48
Xərclər
Əsas əməliyyat xərcləri: 10 221 521,21
sığorta ödənişləri və sığorta məbləğləri üzrə 4 138 548,42
qaytarılan sığorta haqları üzrə 1 241 391,57
tənzimləmə xərcləri 77 115,43
təkrarsığortaya verilmiş sığorta haqları üzrə 4 764 465,79
qarşısıalınma tədbirləri fonduna ayırmalar üzrə
sığorta fəaliyyəti üzrə sair xərclər
İşlərin aparılması xərcləri 5 689 589,71
Sair xərclər 239 293,97
CƏMİ  XƏRCLƏR 16 150 404,89
Maliyyə mənfəəti (zərəri) 1 118 699,59
Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi
Vergiqoyulmadan əvvəl mənfəət (zərər) 1 118 699,59
Mənfəət vergisi
Hesabat dövründə xalis mənfəət (zərər) 1 118 699,59

mənbə:marja