Bizim məqsədimiz- Sizə yaxın olmaqdır!

Bizim məqsədimiz- Sizə yaxın olmaqdır! | alkredit.az

Bizim məqsədimiz- Sizə yaxın olmaqdır!

Unibank hər zaman müştərilərinə daha yaxın olmağa çalışır. Təsadüfi deyil ki, xidmət keyfiyyətini yüksəltmək və fəaliyyət sahəsini genişləndirmək hər zaman bankın əsas prioritetlərindən biri hesab olunur.

Hal- hazırda Unibank 40 filialı ilə müştərilərinin xidmətindədir. Onlardan 16-sı ölkəmizin müxtəlif bölgələrındə yerləşir.

Bankın xidmət və məhsullarından faydalanmaq istəyən hər kəs, həftənin 5 günü saat 09:00-dan 17:00-dək, şənbə günləri isə 10:00-dan 14:00-dək Unibank filiallarına müraciət edə bilər. Bu saatlarda müştərilərə  bankın istənilən xidmətləri üzrə – pul köçürmələri, kredit ödənişi, depozit üzrə faizlərin alınması, cari hesabın açılması, kommunal ödənişlər və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.

Real sektora diqqətini günü-gündən artıran Unibank,  yalnız bizneslə məşğul olan müştərilər üçün 4 ixtisaslaşdırılmış filial açıb. “Qara Qarayev” biznes-filialı, “Baksovet” və “Dərnəgül” filialları və “Unibank biznes mərkəzi” bizneslə məşğul olan müştərilərin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyir. Məqsəd bankın ölkənin iqtisadi inkişafına töhfəsini  bir qədər də gücləndirməkdir.

www.unibank.az

www.facebook.com/unibank.az

https://twitter.com/unibank

Unibank-hər kəsin bankı