Bolkart-dan nağd pul çıxarın, bol-bol Yeni il alış-verişi edin!

Bolkart-dan nağd pul çıxarın, bol-bol Yeni il alış-verişi edin! | alkredit.az

 

Qarşıdan gələn Yeni il bayramında Bolkart sahiblərinin nağd pula olan ehtiyaclarını qarşılamaq məqsədilə “Bank of Baku” nağdlaşdırma kampaniyası elan edir. 15-30 dekabr 2014-cü il tarixləri arasında kartdan pul çıxaran Bolkart sahibləri üç ay sonra,yəni martın 10-dək faizsiz ödəniş imkanı qazanır. Beləliklə, Bolkart sahibləri nağdlaşdırma zamanı 3 aylıq möhlətli ödəmə müddəti əldə etmiş olur.Nağdlaşdırmanın komissiya haqqı 5 %-dir (min. 5 AZN).

10 martadək borcu bağlaya bilməyən müştərilər, qalıq borcuna görə hər ay 2,5% komissiya ödəməklə məbləğin qaytarılmasını kartın müddətinin sonunadək uzada bilər.

Qeyd: bankdan mikrokreditlər rəsmiləşdirmiş müştərilərin Bolkart kartları bu nağdlaşdırmada iştirak etmir.

Kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər. Bolkartı nağdlaşdırmaq üçün “Bank of Baku”-nun istənilən bankomatına üz tutmaq olar. Bank bankomatlarının dəqiq ünvanları ilə bu keçiddən tanış olmaq mümkündür:
http://www.bankofbaku.com/az/filials-and-atms/atms/

Beləliklə, indi hər bir Bolkart sahibi bayramqabağı alış-veriş üçün nağd pulu “Bank of Baku”-nun kredit kartı vasitəsilə rahat əldə edə bilər.

Hazırda yüz minlərlə Azərbaycan vətəndaşı Bolkartdan istifadə edir.

Bolkartın onlayn sifarişi:http://alkredit.az/az/bankofbaku-3/bolkart-134.html