Brent nefti 35 dollardan yüksək qiymətə alıcı tapır

Brent nefti 35 dollardan yüksək qiymətə alıcı tapır | alkredit.az

Neft bu həftə birjaların açılması ilə bahalaşıb, sonra isə bir qədər ucuzlaşıb.

Birjaların açılması ilə Brent nefti 34,98 dollardan 36,25 dollara qalxıb. Sonra neft bir az ucuzlaşaraq Bakı vaxtı ilə saat 04:45-də 35,50 dollara düşüb. Neft, Çində emal sektoru göstəricisinin şərtlərin altı ay ardıcıl pisləşdiyinə işarə etməsi və faktların Küveyt və Nigeriyanın OPEC-in hasilat artımını gücləndirdiyini göstərməsi və bunun da qlobal təklif bolluğuna dair narahatlıqları artımasının təsirilə ucuzlaşıb.

ABŞ xam nefti isə 34,09 dollara qalxdıqdan sonra 33,28 dollara düşüb.

Səudiyyə Ərəbistanının Əl Arabiya TV kanalımda çıxan bir xəbərə görə, Səudiyyə Ərəbistanı digər neft istehsalçıları ilə əməkdaşlıq istəyir. "Marja" Bloomberg-ə istinadən xəbər verir ki,  məlumat adını verməyən bir rəsmi şəxsə istinadən verilib.

Qeyd edək ki, ötən həftə Səudiyyə Ərəbistanın və Rusiyanın hasilatın azaldılmasını müzakirə edəcəklərinə dair məlumat yayılmışdı. Lakin məlumat dərhal təkzib edilmişdi.

 

mənbə:marja