Bu bank 15 milyon dollarlıq ehtiyat fondu yaradacaq

Bu bank 15 milyon dollarlıq ehtiyat fondu yaradacaq | alkredit.az

NIKOIL | Bank-ın 2019-ci ilə qədər strateji inkişaf planı hazırlanacaq.

Strateji inkişaf planı nüfuzlu PWC (Price Waterhouse Coopers) auditor şirkəti ilə birlikdə hazırlanacaqdır.

Bundan başqa, müştərilərlə hesablaşmaların fasiləsizliyini təmin etmək üçün 15 milyon ABŞ dolları həcmində ehtiyat fondu yaradılacaqdır.

“2015-ci il ərzində maliyyə bazarlarının dəyişikliklərini nəzəzrə alaraq, Bank öz likvidliyini kifayət qədər yüksək səviyyədə qoruyub saxlaya bilib və müştərilərlə hesablamalarda heç bir əngəllərin yaranmasına yol verməyib. Bankın müştəri bazası 10%, müştəri hesabları üzrə əməliyyatlar isə 50% artıb ki, buda öz növbəsində müştərilərin Banka və onun əsas səhmdarına inamın artmasını ifadə edir”,- Bankdan “Marja”ya bildirilib.

Qeyd edək ki, 17 fevral tarixində Moskva şəhərində NIKOIL | Bank-ın əsas səhmdarı "LUKOYL" neft şirkətinin Prezidenti Vahid Ələkbərovun iştirakı ilə səhmdarlarının növbəti yığıncağı keçirilib. Yığıncaqda NIKOIL | Bank-ın İdarə Heyətinin Sədri Vasiliy Xamaza 2015-ci il ərzində görülən və 2016-ci ildə görüləcək işlər haqqında məruzə ilə çıxış edib.

mənbə:marja