Bu bank dollar kreditlərini manata çevirdi

Bu bank dollar kreditlərini manata çevirdi | alkredit.az

“Bank of Baku” krediti dollarda olan müştərilərə güzəşt edib. Bankdan fins.az-a verilən məlumata görə, dollar borcu olanlar bu gün və sabah banka müraciət etməklə, borc öhdəliyinin qalan hissəsini manata çevirə bilərlər.Eləcə də bax: Bu bank dollarla verdiyi borcu manatla alacaq.


Bu güzəşt imkanından dollarda kredit götürən bütün müştərilərin maksimum dərəcədə faydalanmasına imkan yaradılacaq. Təminatlı şərtlərlə kredit götürən müştərilərin müraciətlərinə fərdi qaydada baxılacaq. Bunun üçün kredit tarixçəsindən asılı olaraq müştərilərdən borcun müəyyən - minimum 10%-dən başlayan hissəsini Bankın cari məzənnəsi ilə ödəmələri tələb olunur. Bu əməliyyatın icrası üçün kommissiya haqqı nəzərdə tutulmayıb.