Bu banka əmanət qəbul etmək qadağan olundu

Bu banka əmanət qəbul etmək qadağan olundu | alkredit.az

Azərbaycan Mərkəzi Bankı “Yunayted Kredit Bank”a əmanət qəbulunu qadağan edib.

Bu barədə bankdan bildirilib.

Bununla yanaşı, kredit təşkilatından qadağanın səbəbi barədə açıqlama verilməyib. Yalnız o bildirilib ki, bank əmanət qəbul edə bilmədiyi üçün kreditləşməni də dayandırmağa qərar verib.

Xatırladaq ki, bir qədər əvvəl məhkəmə çəkişməsi ucbatından “Yunayted Kredit Bank”ın həm ölkədaxili, həm də ölkəxarici hesablarına həbs qoyulmuşdu. Son nəticədə bankın əmanətçiləri pullarını geri götürə bilmirdilər. Hazırda isə bankdan bu problemin həll olunduğu bildirilir.

Mənbə: fins.az