Bu bankda əhalinin əmanətləri kəskin artıb

Bu bankda əhalinin əmanətləri kəskin artıb | alkredit.az

Əhali Türkiyənin iri bankının Azərbaycandakı törəməsinə etibar edir. 2016-cı ilin 1-ci rübündə “Ziraat Bank Azərbaycan” ASC-də fiziki şəxslərin müddətli əmanətləri kəskin artıb.

Ötən ilin ortalarından rəsmən fəaliyyətə başlayan bankda, ötən ilin sonunda fiziki şəxslərin müddətli əmanətləri cəmi 1 milyon 91.78 min manat idi. 31 Mart 2016-cı il tarixinə olan məlumata görə, bankda fiziki şəxslərin müddətli əmanətləri 10 milyon 327.62 min manat təşkil edib. Qısası, bankda əhalinin əmanətləri 9,5 dəfə artıb.

DEPOZİT PORTFELİ 4 DƏFƏ ARTIB

Birinci rübdə Bankın depozit portfeli 4 milyon 701 min manatdan 18 milyon 847 min manata yüksəlib.

Bankda fiziki şəxslərin tələbli depozitləri 2 milyon 574.69 min manat, fiziki şəxslərin tələbli depozitləri isə 5 milyon 945 min manat təşkil edib.

“Ziraat Bank Azərbaycan” Türk lirəsində də əmanət qəbul edir.

mənbə:marja