Bu gün Sahibkarlar Günüdür

Bu gün Sahibkarlar Günüdür | alkredit.az

Bu gün Azərbaycanda ilk dəfə “Sahibkarlar Günü” qeyd edilir.

“Sahibkarlar Günü” ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədi ilə qeyd olunur.

Qeyd edək ki, 21 Aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Hər il aprelin 25-i Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi qeyd edilsin”.

mənbə:marja