Bu kreditlər 10 minə yaxın iş yeri yaradacaq

Bu kreditlər 10 minə yaxın iş yeri yaradacaq | alkredit.az

Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) 2015-ci ilin 9 ayı ərzində vəsaitlərinin istifadəsi haqqında məlumatlar açıqlanıb.

9 ayda 4249 layihə üzrə 158 milyon 947.1 min manat kredit verilib. Bu kreditlər hesabına 9882 iş yerinin yaradılacağı gözlənilir.

97%-İ KƏND TƏSƏRRÜFATINA AYRILIB

Güzəştli kreditlərin 108 milyon 296.9 min manatı və ya 97,1%-i kənd təsərrüfatı məhsullarının istehsalına (4126 layihə), 30 milyon 790 min manatı xidmət (infrastruktur) sahələrinin inkişafına (11 layihə), 18 milyon 804.2 milyon manatı müxtəlif sənaye məhsullarının istehsalı və emalına (109 layihə), 1 milyon 56 min manatı isə kənd təsərrüfatı məhsullarının emalına (3 layihə) verilib.

68 FAİZİ BÖYÜK HƏCMLİ KREDİTLƏRDİR

Kreditlərin 45 milyon 716.1 min manatını və ya 28.8%-ni kiçik həcmli kreditlər (4187 layihə üzrə), 5 milyon 83 min manatını və ya 3.2%-ni orta həcmli kreditlər (25 layihə) və  108 milyon 148 min manatını və ya 68%-ni böyük həcmli kreditlər təşkil edib.

İndiyədək, 1 milyard 696 milyon 341 min manat dövlətin güzəştli krediti verilmişdir.

Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun 2015-ci ilin 9 ayı ərzində vəsaitlərinin istifadəsi haqqında məlumat

İqtisadiyyatın sahələri üzrə

min manatla

s/s

İqtisadiyyatın sahələri

Layihələrin sayı

Xüsusi çəkisi(%)

Kreditin məbləği

Xüsusi çəkisi(%)

Yaradılacaq yeni iş yerlərinin sayı (nəfər)

1

Müxtəlif sənaye məhsullarının istehsalı   və emalı

109 2.6 18804.2 11.8 1546

2

Kənd təsərrüfatı məhsullarının emalı

3 0.1 1056 0.7 14

3

Kənd təsərrüfatı məhsullarının istehsalı

4126 97.1 108296.9 68.1 7978

4

Xidmət (infrastruktur) sahələrinin inkişaf


11
0.3 30790 19.4 344
Yekun: 4249 100.0 158947.1 100.0 9882

Kreditin növləri üzrə

s/s

Kreditin növləri

Layihələrin sayı

Xüsusi çəkisi(%)

Kreditin məbləği

Xüsusi çəkisi(%)

Yaradılacaq yeni iş yerlərinin sayı(nəfər)

1

Kiçik həcmli kreditlər

4187 98.5 45716.1 28.8 7194

2

Orta həcmli kreditlər

25 0.6 5083 3.2 459

3

Böyük həcmli kreditlər

37 0.9 108148 68 2229
Cəmi 4249 100.0 158947.1 100.0 9882

mənbə:marja