Bu qədər dolları kim alır?

Bu qədər dolları kim alır? | alkredit.az

Mərkəzi Bank 2 dəfə devalvasiyaya getsə də Dollara tələb azalmır və valyuta ehtiyatları “əriməkdə” davam edir. Üç gün öncə Dövlət Neft Fondu banklara hərracda 177 milyon dollar satdıqdan sonra, dünən banklar hərracda daha 66 milyon dollar tələb eediblərr. Lakin Mərkəzi Bank banklara 30 milyon dollar sata bildi.

Bu gün çoxlarını bu qədər dolların hara getdiyi və kimlər tərəfindən alındığı düşündürür.

İqtisadçı Samir Əliyev deyir ki, banklar hərracda bütün dolları əhaliyə satmır: “Bankların eyni zamanda xarici öhdəlikləri var. Banklar xaricdən kredit götürüb və həmin kreditlər qaytarılmalıdır. Ona görə Mərkəzi Bankın satdığı dolların bir hissəsi xarici öhdəliklərin icrasına yönəlir. Yeri gəlmişkən, bankların xarici öhdəlikləri bu il ərzində xeyli azalıb. Bu onu göstərir ki, kommersiya bankları yavaş-yavaş xarici öhdəliklərindən imtina edirlər”.

Qeyd edək ki, təkcə 2015-ci ildə Mərkəzi Bankın valyuta satışları 8,4 milyard dollar təşkil edib.

mənbə:marja