Bu qərar neft qiymətlərini yüksəldəcək

Bu qərar neft qiymətlərini yüksəldəcək | alkredit.az

RBC Capital Markets-in əmtəə strateqi Helima Croft, neft qiymətlərində baş verən "ralli"nin ötən həftə baş verən azalmaya baxmayaraq hələ sona çatmadığını bildirib.

Neft qiymətlərində yüksəlişin OPEC üzvü və üzvü olmayan istehsalçıların 17 Apreldə Dohada keçiriləcək toplantısından sonra da davam edəcəyini proqnozlaşdıran Croft, "17 Aprel toplantısında istehsalın dondurulması istiqamətində çıxacaq bir qərar neft qiymətlərində "ralli" üçün bir katalizator olacaq" deyə bildirib.

Croft, Səudiyyə Ərəbistanının 17 Apreldə istehsalı dondurmağı qəbul etməsinin və yaz boyunca hasilatını artırmamasının, 100 minlərlə barel neftin bazardan çəkilməsi anlamına gələcəyini və bunun qiymətlərə əks olunacağını vurğulayıb.

Ancaq neftin qiymətinin 50 dollar/barel səviyyəsinə geri gəlməsinin zaman alacağını ifadə edən Croft, 4-cü rübdə 50 dollar/barel səviyyəsinin görüləcəyi gözləntisini davam etdirdiyini bildirib. Croft, 50-60 dollar/barel aralığında toparlanma üçün isə ehtiyatların azaldılması məsələsində daha çox şey edilməsi lazım olduğunu ifadə edib.

 

mənbə:marja