Bugünkü valyuta hərracına 200 mln. dollar çıxarılacaq

Bugünkü valyuta hərracına 200 mln. dollar çıxarılacaq | alkredit.az

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) xətti ilə keçirilcək növbəti valyuta hərracına Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən satışa 200 mln. ABŞ dolları həcmində valyuta kütləsi satışa çıxarılacaq.

Bu, son günlər valyuta hərraclarına çıxarılan kütlədən 4 dəfə çoxdur.

Qeyd edək ki, bu günə dolların rəsmi məzənnəsi 1,6456 AZN/USD təşkil edir. Bugünkü hərracda rəsmi məzənnənin ciddi dəyişməyəcəyi və martın 14-nə məzənnənin 1,64-1,65 AZN/USD diapazonunda qalacağı  proqnozlaşdırılır

Mənbə: Report