Cənub Qaz Dəhlizi-nin 1 milyard dollarlıq istiqraz buraxılışı üçün düymə basıldı

Cənub Qaz Dəhlizi-nin 1 milyard dollarlıq istiqraz buraxılışı üçün düymə basıldı | alkredit.az

“Cənub Qaz Dəhlizi” şirkətinin dövlət zəmanətli istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlanmışdır. Bu barədə “Marja”ya Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Şahdəniz 2”, “Cənub Qaz Boru Kəməri”, Trans-Anadolu QazKəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin maliyyələşdirilməsi məqsədiylə “Cənub Qaz Dəhlizi” Şirkəti tərəfindən buraxılacaq istiqrazların beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlanmışdır. Bu barədə “Marja”ya Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 mart 2016-cı iltarixli qərarı ilə dövlət zəmanəti verilmiş istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün "Citi Bank", "UniCredit", "JP Morgan" bankları səlahiyyətləndirilmişdir. “Lazard Freres SAS” şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda cıxıs edir.

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi, “Cənub Qaz Dəhlizi” Şirkətinin və Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndələrinin də təmsil olunduğu heyətin 2016-cı il 10-16 mart tarixlərində dünyanın əsas maliyyə mərkəzləri olan London, Nyu York, Los-Anceles, San-Fransisko və Boston şəhərlərində investorlarla görüşləri nəzərdə tutulur.

Bazar şərtlərindən asılı olaraq istiqraz emissiyası  1 milyard ABŞ dollar həcmində proqnozlaşdırılır.