Caspian Development Bank (CDB) ASC-nin Gəncə şəhərində yeni, “Çinar” şöbəsi açılıb.

Caspian Development Bank (CDB) ASC-nin Gəncə şəhərində yeni, Çinar şöbəsi açılıb. | alkredit.az

Bankın yaydığı məlumata əsasən Heydər Əliyev prospekti 60 ünvanında, “Gəncə Beynəlxalq Xəstəxana”sında fəaliyyət başlayan “Çinar” şöbəsində fiziki və hüquqi şəxslərə geniş spektr bank xidmətləri göstərilməsi nəzərdə tutulub.

Burada müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal ödənişlər və s. xidmətlər təklif olunur.

“Caspian Development Bank (CDB)” ASC-nin “Çinar”şöbəsinin iş qrafiki bazar ertəsindən cümə gününə kimi saat 9:00-dan 18:00-a, şənbə günləri isə 10:00-dan 15:00-a qədərdir.

“Çinar” şöbəsi “Caspian Development Bank (CDB)” ASC-nin sayca ikinci şöbəsidir. “Caspian Development Bank (CDB)” ASC 1988-ci ildə “Universal Bank” Kommersiya Bankı kimi Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş ilk banklardan biridir. 24 sentyabr 2001-ci il tarixdə bankın adı dəyişilərək "Kövsər Bank"ASC, 26 yanvar 2015-ci il tarixdə isə “Caspian Development Bank (CDB)” ASC adı altında yeni lizensiya alınmışdır.