CDB Bank-Bankınızı yenisinə dəyişin konsepti ilə hücuma hazırlaşır

CDB Bank-Bankınızı yenisinə dəyişin konsepti ilə hücuma hazırlaşır | alkredit.az

Hazırda "CDB Bank", Türkiyədə olduğu kimi, internet və mobil bankçılıq sisteminin tətbiqi istiqamətində mühüm işlər görür.

“Tezliklə bu xidmətləri də müştərilərimizin ixtiyarına verəcəyik. Bu, asan proses deyil, amma hesab edirəm ki, nəticəsi çox effektiv olacaq.  Vaxt çox dəyərlidir və biz də çalışırıq ki, müştəri banka gəlmədən istədiyi əməliyyatları həyata keçirə bilsin. Fikrim yanlış anlaşılmasın, bu o demək deyil ki, müştəri ilə dialoqu kəsəcəyik. Sadəcə, biz müştərilərimizin dəyərli vaxtına qənaət etmək niyyətindəyik”,- o deyib.

“ARTIQ KLASSİK BANKÇILIQ DÖVRÜ BİTİB”

Nadir Yıldırım qeyd edib ki, artıq klassik bankçılıq dövrü bitib:

“İndi müasir, mobil bankçılıq zamanıdır! Texnoloji yenilikləri tətbiq etmək, müştəri ilə dialoqu gücləndirmək, onun məmnuniyyətini və ehtiyaclarını təmin etmək, keyfiyyətli xidmət göstərmək lazımdır.  Bizdə müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə işçilərimizə daimi təlimlər keçirilir. Biz bank sistemində bu günə qədər mövcud olmayan müştəri-bank münasibətlərini formalaşdırırıq. Bu o deməkdir ki, xidmətlərimizdə nəyin çatışmadığını və ya nəyi daha yaxşı edə biləcəyimizi müştərinin özündən soruşaraq öyrənəcəyik”.

“YENİ BANK PROQRAMINI TƏTBİQ EDİRİK”

Bankın İdarə Heytəinin sədri bildirib ki, hal-hazırda yeni bank proqramını test olaraq tətbiq edirlər:

“Yaxın günlərdə bank tam olaraq bu sistemə keçəcək. Yeni proqram təminatı bizə imkan verəcək ki, xalqımıza daha fərqli xidmət göstərək. Yaxın gələcəkdə qurduğumuz planların hamısı bu proqram təminatına hesablanıb. Əsas məqsədimiz bank xidmətlərində həmkarlarımızı təkrarlamaq yox, indiyə qədər Azərbaycanda bank sektorunda tətbiq edilməyən xidmətləri göstərməkdir”.

“BANKINIZI YENİSİNƏ DƏYİŞİN”

Nadir Yıldırım “Hədəflərimiz böyükdür” deyərək Sözlərinə belə davam edib:

“Qarşıdakı illərdə bütün xidmətlərimizi "Bankınızı yenisinə dəyişin" konsepti altında təqdim etməyi planlaşdırırıq. İnsanlarımıza tam yeni, fərqli bank xidmətləri təklif etməyin zamanı yetişib artıq. Məhz bu konsetdən irəli gələrək bu ildən etibarən biz “Asan Xidmət”in yeni qurumu olan "ASAN Radio" ilə müqavilə imzalamışıq. Bu müqaviləyə əsasən, həftə içi hər gün səhər saat 08:45-də “Asan Bank” layihəsi efirdə olur.  Məqsədimiz insanların bank sektoruna aid suallarını cavablandırmaq, qaranlıq qalan məqamlara aydınlıq gətirmək, onları bu sahə ilə bağlı minimum informasiya ilə təmin etməkdir. Çalışırıq ki, müştəri banka gedərkən nə tələb edəcəyini, sabah onu nələrin gözləyə biləcəyini bilsin, gözübağlı kredit müqaviləsi imzalayıb sabah problemlərlə üzləşməsin”.

mənbə:marja