CDB Bankdan yüksək gəlir

CDB Bankdan yüksək gəlir | alkredit.az

“Caspian Development Bank” ASC (CDB Bank) 2015-ci ili 8 milyon 426.26 min manat xalis mənfəət ilə başa vurub.

Bankın cəmi gəlirləri 41 milyon 798 min manat, o cümlədən faiz gəlirləri 4 milyon 897.75 min manat, qeyri-faiz gəlirləri isə 36 milyon 901.84 min manat təşkil edib. Bank qeyri faiz gəlirlərinin 36 milyon 531.98 min manatını məzənnə dəyişməsi (devalvasiya) daxil olmaqla valyuta əməliyyatlarından əldə edib.

Ötən il Bankın əməliyyat mənfəəti 38 milyon 284.82 min manat təşkil edib. Bank bu məbləğin 27 milyon 746 min manatını kredit və depozit itkiləri üzrə ehtiyatların yaradılmasına ayırıb. Qalan 10 milyon 537.92 min manat mənfəətdən 2 milyon 112 min manat mənfəət vergisi ödənilib. Nəticədə də CDB Bankın 8 milyon 426.26 min manat xalis mənfəəti qalıb.

31 Dekabr 2015-ci il tarixinə CDB Bankın cəmi aktivləri 129 milyon 60.73 min manat, müştərilərə verilmiş kreditlər 109 milyon 294.41 min manat, depozit portfeli 41 milyon 756.28 min manat, öhdəlikləri 70 milyon 20.06 min manat, cəmi kapitalı 59 milyon 40.67 min manat təşkil edib.

“Caspian Development Bank (CDB)” ASC  2014-cü ilin sonunda lisenziya alıb vəötən ilin Yanvar ayından yeni brend adı altında fəaliyyətə başlayıb.

mənbə:marja