CDB Start rəqəmlərini açıqladı

CDB Start rəqəmlərini açıqladı | alkredit.az

Bu ilin Yanvarında lisenziya almış “Caspian Development Bank” ASC (CDB) 31 dekabr 2014-cü il tarixinə maliyyə göstəricilərini açıqlyıb.

“Marja”nın məlumatına görə, Bankın saytında yerləşdirilmiş hesabatdan məlum olur ki, CDB fəaliyyətə başlamamışdan əvvəl 50,9 milyon manat cəmi aktivlərə malik olub.  Aktivlərin 38,3 milyon manatı  pul və pul vəsaitlərindən, 12,26 milyon manatı qiymətli kağızlardan, 322,6 min manatı digər aktivlərdən ibarət olub.

Bankın cəmi borcu 352,7 min manat təşkil edib. Borcun 330,3 min manatı depozit hesablarındakı vəsaitlərdir.

Cari ilin əvvəlində CDB-nin nizamnamə kapitalı 50 milyon 20 min manat təşkil edib. Bankın nizamnamə kapitalının 99,92%-i fiziki şəxslərə, 0,08%-i hüquqi şəxslərə məxsusdur.

“Caspian Development Bank” fəaliyətə 87,3 min manat zərər ilə başlayıb.

“Etimada sədaqətlə” şüarı ilə yeni yola çıxan banka İbrahim Alışov rəhbərlik edir.

Qeyd edək ki, 26 Yanvar 2015-ci il tarixdə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Kövsər Bank” Açıq Səhmdar Cəmiyyətinin adının dəyişməsi ilə əlaqədar “Caspian Development Bank (CDB)” Açıq Səhmdar Cəmiyyətinə bank fəaliyyəti həyata keçirilməsi üçün lisenziya verilmişdir. Artıq Bank bu lisenziyaya əsasən,  bank və digər maliyyə xidmətləri təklif etməyə başlayıb.