Dövriyyədə olan manat azalır

Dövriyyədə olan manat azalır | alkredit.az

Azərbaycanda dövriyyədə olan nağd pul azalır.

Mərkəzi Bank xəbər verir ki,  31 Avqustun 2015-ci il tarixinə pul bazası 6 milyard 352,1 milyon manat təşkil edib. Bu, İyulun 31-i ilə müqayisədə 1 milyard 115,4 milyon manat və ya 15% azdır.

Ötən ilin sonunda pul bazası 11 milyard 541.9 milyon manata bərabər idi. 8 ayda pul bazası 5 milyard 189,8 milyon manat azalıb.

Qeyd edək ki, pul bazasının azalması manatın dövriyyədə azalması ilə əlaqədardır. Mərkəzi Bankın manatı alaraq dövriyyəyə dollar buraxıb.

Pul bazası dedikdə, pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Sərbəst bank və məcburi ehtiyatları) daxildir.

Qeyd edək ki, Avqustun 31-nə Mərkəzi Bankın valyuta ehtiyatları 7 mlyard 315.4 milyon dollar təşkil edib. Bu, İyulun 31-i ilə müqayisədə 1 milyard 186,1 milyon dollar və ya 14% azdır.

Tarix mln. AZN
31.08.2015 6352.1
31.07.2015 7467.5
30.06.2015 7487.0
29.05.2015 7597.3
30.04.2015 7418.6
31.03.2015 8339.4
28.02.2015 9109.9
31.01.2015 10551.0
31.12.2014 11541.9

 

mənbə:marja