Dünya bazarında qızıl bahalaşıb

Dünya bazarında qızıl bahalaşıb | alkredit.az

Aprelin 19-da Amerika fond bazarında "Dow Jones" indeksi 0,27% bahalaşaraq 18 053,60 bənd, "S&P 500" 0,31% artaraq 2 100,80 bənd, "Nasdaq" isə 0,40% geriləyərək 4 940,33 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,82% bahalaşaraq 6 405,35 bənd, Fransa CAC-40-ı 1,32% artaraq 4 566,48 bənd, Almaniya DAX-ı isə 2,27% irəliləyərək 10 349,591 bənd olub.

Bu gün COMEX-də qızılın bir unsiyasının qiyməti 17,70 dololar yaxud 1,43% bahalaşıb 1 252,10 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1358 (+0,30%) təşkil edib.