Dünya iqtisadiyyatının ən böyük 20 ölkəsi

Dünya iqtisadiyyatının ən böyük 20 ölkəsi | alkredit.az

Dünyanın ən böyük iqtisadiyyatı 17,4 trilyon dollarlıq Ümumi Daxili Məhsulu (ÜDM) ilə ABŞ-dır. ABŞ-ın ardınca Çin, Yaponiya, Almaniya, Birləşmiş Krallıq, Fransa və İtaliya gəlir.

Cari qiymətlərlə 2014-cü il Ümumi Daxili Məhsul həcmləri nəzərə aldıqda, 17 trilyon 419 milyard dollarlıq ÜDM-i ilə Amerika Birləşmiş Ştatları (ABŞ) dünyanın ən böyük iqtisadiyyatıdır.

Dünya Bankı göstəricilərinə görə, ABŞ-ın ardınca təxminən 10,3 trilyon dollarlıq ÜDM ilə Çin, 4,6 trilyon dollarlıq ÜDM ilə Yaponiya, 3,9 trilyon dollarlıq ÜDM ilə Almaniya və 2,9 trilyon dollarlıq ÜDM ilə Birləşmiş Krallıq gəlir.

İqtisadi böyüklükdə, Fransa 2,8 trilyon dollarlıq ÜDM ilə altıncı, Braziliya 2,3 trilyon dollarlıq ÜDM ilə yeddinci, İtaliya 2,1 trilyon dollarlıq ÜDM ilə səkkizinci, Hindistan 2 trilyon dollarlıq ÜDM ilə doqquzuncu, Rusiya Federasiyası da təxminən 1,9 trilyon dollarlıq ÜDM ilə onuncu yerdədir.

Kanada (1,8 trilyon dollar), Avstraliya (1,4 trilyon dollar), Cənubi Koreya (1,4 trilyon dollar), İspaniya (1,4 trilyon dollar) və Meksika (1,3 trilyon dollar) da ÜDM-i 1 trilyon dollarıdan çox olan ölkələrdir.

888,5 milyard dollarlıq ÜDM-ə malik İndoneziya dünyanın ən böyük 16-ncı iqtisadiyyatı, 869,5 milyard dollarlıq ÜDM-ə malik Hollandiya dünyanın ən böyük 17-inci iqtisadiyyatı və 799,5 milyard dollarlıq ÜDM-ə malik Türkiyə də dünyanın ən böyük 18-inci iqtisadiyyatıdır.

19-cu və 20-ci yerləri müvafiq olaraq Səudiyyə Ərəbistanı (746,2 milyard dollar) və İsveç (570,5 milyard dollar) tutur.

mənbə:marja