Dünya yeni ilə 7,4 milyard nəfər ilə qədəm qoyacaq

Dünya yeni ilə 7,4 milyard nəfər ilə qədəm qoyacaq | alkredit.az
Dünya əhalisi sürətlə artır. 2016-ci ilin əvvəlində əhali təxminən 7 milyard 391 milyon 68 min nəfər olacaq. Almaniya Dünya Əhali Fondunun (DSW) məlumatlarına görə, 2015-ci ildə bir əvvəlki illə müqayisədə əhali 83 milyon artım qeyd edib. Yəni, dünya əhalisi bu il ərzində təxminən Almaniya əhalisi qədər artıb.

Məlumatlara görə, dünya əhalisi hər saniyədə təxminən 2,6 nəfərlik artım qeyd edir.

Əhali artımı xüsusilə inkişaf etməkdə olan ölkələrdə müşahidə olunur. Həmin ölkələrdə hər il 75 milyon qadın istəmədən hamilə qalır. Qadınların kifayət qədər marifləndirilməməsi, hamiləlikdən qorunma tədbirlərinin kifayət qədər görülməməsi və gender bərabərliyindəki nöqsanların bu vəziyyətdə rol oynadığı ifadə edilir.

Fondun rəhbəri Renate Bähr, "İnkişaf etməkdə olan ölkələrdə qorunmaq istəyən hər dörd qadından birinin bu imkanı olmur. Bu da 220 milyondan çox qadın mənasına gəlir" deyib.

Renate Bähr, "Xüsusilə gənc qadınların nə vaxt və nə qədər sayda uşaq istədiklərinə qərar vermələri təmin olunmalıdır. O zaman yoxsul ölkələrdəki insanların vəziyyəti daha yaxşılaşacaqdır" şəklində danışıb.

DÜNYA BİR KƏND OLSAYDI

Dünya Əhali Fondunun açıqlamasına görə, əgər dünya 100 nəfərin yaşadığı bir kənd olsaydı, bu kənddə hər 100 nəfərdən 16-sı Afrikalı, 60-ı Asiyalı, 10-u Avropalı, 5-i də Şimali Amerikalılardan ibarət olardı.

Fond, "kənd" əhalisinin 2050-yə qədər 133-ə çıxacağını proqnozlaşdırır. O zaman kənddəki hər 133 nəfərdən 33-ü Afrikalı, 73 nəfəri Asiyalı, 10 nəfəri Avropalı, 6 nəfər də Şimali Amerikalı olacaq.

Bütün əhali içərisində isə Avropalı və Asiyalıların nisbətinin azalacağı qeyd edilir. Bu halda Avropalıların 10 faizdən 7,5 faizə, Asiyalıların nisbəti isə 60 faizdən 54,8 faizə düşəcək.

Fondun internet saytında yer alan "Dünya Əhalisi Saatı" canlı olaraq əhali artımını göstərir. Əhali hər saniyə artır.

mənbə:marja