Dünyanın ən böyük bankları

Dünyanın ən böyük bankları | alkredit.az

Dünyanın ən böyük 50 bankının cəmi aktivlərinin həcminin təxminən üçdə birini Çin bankları yaradır.

"www.relbanks.com" saytından toplanan məlumatlara görə, 2015-ci ilin İyun ayına olan məlumata görə, dünyanın ən böyük 50 bankının cəmi aktivləri 68,5 trilyon dollar təşkil edib.

Dünyanın ən böyük 50 bankı işərisində Çindən 12, ABŞ-dan 6, Böyük Britaniya, Fransa və Yaponiyadan hər birindən 5, Kanada və Avstraliyadan hər birindən 3, Almaniya, İtaliya, İspaniya, İsveçrə, Hollandiyadan hər birindən 2 və İsveçdən 1 bank iştirak edir.

Cəmi aktivlər baxımından dünyanın ən böyük bankı 3,6 trilyon dollar aktivləri olan Industrial & Commercial Bank of China-dır (İCBC). Onun ardınca 2,9 trilyon dollarlıq China Construction Bank Corp, 2,8 trilyon dollarlıq Agricultural Bank of China və 2,6 trilyon dollarlıq Bank of China gəlir. Siyahıda beşinci yeriı isə 2,5 trilyon dollarlıq aktivi ilə İngilis HSBC Holdings yer alır.

Çin, ABŞ, İngiltərə, Fransa və Yaponiya banklarının ümumi payı 77 faizdir.

Həmçinin, siyahıda yer alan 50 bankın ölkələrə görə cəmi aktiv böyüklüyü sadalanarkən, birinci ölkə 19,2 trilyon dollarlıq aktivlə Çin olub.

ABŞ banklarının 9,7 trilyon dollar, İngiltərə banklarının 8 trilyon dollar, Fransa və Yaponiya banklarının isə hər birinin 7,9 trilyon dollar aktivləri var.

Çin banklar dünyanın ən böyük 50 bankının cəmi aktivlərinin təxminən 28%-ini yaradır.

ABŞ banklarının ümumi aktivlər içində 14,2 faiz, İngiltərə bankları 11,7 faiz, Fransa və Yaponiya banklarının isə 11,5 faiz pay var.

Çin, ABŞ, İngiltərə, Fransa və Yaponiya bankları bütövlükdə cəmi aktivlərin 77%-lik hissəni təşkil edir, qalan 23%-lik hissəni isə müxtəlif ölkələrdən 17 bank yaradır.