Dünyanın ən dəyərli 100 brendi açıqlandı

Dünyanın ən dəyərli 100 brendi açıqlandı | alkredit.az

İnterbrand "Ən Yaxşı Qlobal Brendlər 2015" hesabatını açıqlayıb. Hesabat dünyanın 100 ən dəyərli brendlərini müəyyənləşdirir.

"Marja" xəbər verir ki, hesabata görə, Apple və Google dünyanın ən dəyərli brendləridir. Siyahıda 1-ci yeri tutan Apple brendinin dəyəri 170.276 milyard dollar qiymətləndirilir. Ötən bir ildə brendin dəyəri 43% artıb. 2-ci yeri tutan Google brendinin dəyəri isə 120.314 milyard dollardır. Ötən bir ildə bu brendin dəyəri isə 12 faiz artıb.

Bu il renkinqə 5 yeni brend daxil olmuşdur: Bunlar Lego (yeri 82), PayPal (yeri 97), MINI (yeri 98), Moët & Chandon (yeri 99) və Lenovo-dur (yeri 100). Lenovo renkinqə daxil olan ikinci Çin brendidir. İlk dəfə 2014-cü ildə Huawei şirkəti (yeri 88) İnterbrand-ın "Ən Yaxşı Qlobal Brendlər" renkinqinə daxil olmuşdu.

Renkinqdə texnologiya və avtomobil brendləri çoxluq təşkil edir.

Ən dəyərli 10 brend (Top 10)

  • Apple (#1, +43%)        170,3 milyard dollar
  • Google (#2, +12%)      120,3 milyard dollar
  • Coca-Cola (#3, -4%)    78,4 milyard dollar
  • Microsoft (#4, +11%)  67,7 milyard dollar
  • IBM (#5, -10%)           65,1 milyard dollar
  • Toyota (#6, +16%)      49,05 milyard dollar
  • Samsung (#7, 0%)       45,3 milyard dollar
  • GE (#8, -7%)               42,3 milyard dollar
  • McDonald’s (#9, -6%) 39,8 milyard dollar
  • Amazon (#10, +29%)  37,9 milyard dollar

Ən çox dəyəri artanlar

  • Facebook (#23, +54%)
  • Apple (#1, +43%)
  • Amazon (#10, +29%)
  • Hermès (#41, +22%)
  • Nissan (#49, +19%)

Yeni daxil olanlar

  • Lego (#82)
  • PayPal (#97)
  • MINI (#98)
  • MoëtChandon (#99)
  • Lenovo (#100)