Dünyanın ən qədim bankı satıla bilər

Dünyanın ən qədim bankı satıla bilər | alkredit.az

İtaliyanın Baş naziri Matteo Renzinin "Banca Monte dei Paschi di Siena" üçün digər banklardan satınalma təklifi aldığına dair şayiələr səbəbilə bankın səhmləri kəskin yüksəlib.

Son beş il ərzində iki dəfə xilas edilən dünyanın ən qədim bankı, İtaliyanın isə üçüncü böyük bankı "Banca Monte dei Paschi di Siena"nın satılacağı danışılır.

"Business Insider" xəbər verir ki, şayiələrin təsiri ilə bankın səhmləri 7,2% nisbətində dəyər qazanıb.

İtaliya qəzeti "La Repubblica" və "Bloomberg" informasiya agentliyi tərəfindən səsləndirilən iddialara görə, Renzi "Intesa Sanpaolo" və "Cassa Depositi e Prestiti" ilə danışıqlar aparır.

Dünyanın ən qədim bankı "Monte dei Paschi" 1472-ci ildə yaradılıb. Bankın səhmləri, böhran öncəsi dövrdən bu yana 99 faiz ucuzlaşıb.

 

mənbə:marja