DəmirBank-ın maliyyə vəziyyəti yaxşılaşıb

DəmirBank-ın maliyyə vəziyyəti yaxşılaşıb | alkredit.az

Hər zaman müştərilərinə dəyər verən “DəmirBank” bugün də öz dinamik inkişafını davam etdirməkdədir. Bunun göstəricisi olaraq, 9 ayın yekunlarına əsasən “DəmirBank”ın  aktivlərinin həcmi 441 mln AZN təşkil edib, bu isə ötən ilin göstəricisindən 25 mln AZN daha çoxdur. Analoji olaraq Bank-ın Kredit portfelində də 11 mln artım müşahidə olunaraq, 333 mln AZN-ə çatmışdır.

İl ərzində prudensial normativlər daha da yaxşılaşıb. I dərəcəli kapitalın və Məcmu kapitalın adekvatlıq əmsalları isə 0.8% yaxşılaşaraq müvafiq olaraq 8.38% və 14.07% olmuşdur. Mərkəzi Bank normativləri adekvatlıq əmsalları üzrə 6% və 12%-dir.

Bankın məcmu kapitalı  62.19 mln. AZN təşkil edir.  Bu isə Azərbaycan Respublikası Mərkəzi Bankının 1 yanvar 2015-ci il tarixinə qədər bankların məcmu kapitalının 50 mln. manat olması tələbini üstələyir.

26 illik zəngin tarixə malik DəmirBank Azərbaycanın aparıcı banklarından biridir. Hazırda “DəmirBank”ın ölkə üzrə 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 20-si isə regionlarda yerləşir.

Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

 

http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az