DəmirBank-ın stabilliyini Fitch Ratings də təsdiqlədi!

DəmirBank-ın stabilliyini Fitch Ratings də təsdiqlədi! | alkredit.az

“Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi “Dəmirbank"ın reytinqini "B" olaraq təsdiqləyib və Bankın reytinq üzrə proqnozu "Stabil" kimi qiymətləndirilib.

Ötən illə müqayisədə “DəmirBank” biznes kreditləri üzrə bazar payını artırmış və bu istiqamətdə Bankın aktivlərinin keyfiyyəti “Fitch Ratings” agentliyi tərəfindən müsbət qiymətləndirilmişdir.

“DəmirBank”ın beynəlxalq reytinqləri ölkədə özəl banklar sırasında ən yüksək reytinqlərdəndir, reytinq üzrə “stabil” proqnozları isə Bankın uğurlu inkişafından xəbər verir.

Hazırda ölkədə fəaliyyət göstərən banklardan yalnız az hissəsi beynəlxalq reytinqə malikdir. Bankın reytinqi onun beynəlxalq əlaqələrinin və əməkdaşlığının genişlənməsində də mühüm əhəmiyyət kəsb edir. “DəmirBank” beynəlxalq reytinqlərin verilməsi sahəsində dünyada aparıcı mövqelərə malik olan “Fitch Ratings” agentliyi tərəfindən ilk dəfə olaraq 2004-cü ildə qiymətləndirilmişdir.

“DəmirBank”ın səhmdarları sırasına “25% + 1 səhm” paketi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və 10% səhm paketi ilə Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) kimi beynəlxalq maliyyə təşkilatlarının təmsil olunması da Bankın beynəlxalq reytinqinə müsbət təsir edir.



http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az