DəmirBank-a Smart Campaign sertifikatı təqdim edildi

DəmirBank-a Smart Campaign sertifikatı təqdim edildi | alkredit.az

“DəmirBank” ABŞ-ın nüfuzlu “Smart Campaign” təşkilatının “Müştəri Mühafizəsi Sertifikatına” layiq görülmüşdür. Sertifikatın təltifetmə mərasimi 17 fevral 2016-cı il tarixində “Kempinski” otelində baş tutmuşdur. Sertifikat “Smart Campaign” təşkilatının nümayəndəsi Daniel Balson tərəfindən “DəmirBank”- ın İdarə Heyəti sədrinin müavini Azər Hümbətova təqdim olunmuşdur.

Tədbirdə Daniel Balson qeyd etdi ki, “DəmirBank” sertifikatı bir ildən artıq “Smart Campaign”-lə birgə reallaşdırılan “Müştəri Mühafizəsi üzrə Sertifikat” layihəsinin nəticəsi olaraq almışdır. Həmçinin, cənab Balson bildirdi ki, “DəmirBank” “Smart Campaign”-in yeddi müştəri mühafizəsi prinsiplərinə cavab verir. Layihənin məqsədi maliyyə məhsullarında qiymət, şərait və şərtlər baxımından şəffaflığı təmin etmək, bank məhsullarının müştərilərin təlabatına uyğun olaraq hazırlanması və çatdırılması, artıq borcalmanın qarşısının alınması, müştəri məlumatlarının məxfiliyinin qorunması üçün istifadə edilməsini təmin etməkdir.

Öz növbəsində Azər Hümbətov vurğuladı ki, “DəmirBank” bir çox qayda və prosedurlara dəyişiklik edərək hazırda “Smart Campaign” təşkilatının 95 standartının hamısına cavab verir. Bu iş bəzi hallarda müştərilərin xeyrinə gəlirlərdən imtina etmək hesabına başa gəlsə də, müştəri məmnuniyyətinin və maraqlarının daha üstün tutulduğunu və “DəmirBank”-ın gələcəkdə də bu istiqamətdə fəaliyyətini genişləndirəcəyini bildirdi.

 

http://www.demirbank.az

www.facebook.com/demirbank.az