DəmirBank bütün plastik kartlarını 3D Secure xidmətinə qoşdu

DəmirBank bütün plastik kartlarını 3D Secure xidmətinə qoşdu | alkredit.az

Artıq internet ödənişləri çoxlarının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. DəmirBank daim müştərilərinin qayğısına qalır və bu internet ödənişlərin təhlükəsiz həyata keçirilməsini təmin etmək üçün bütün plastik kartlarını 3D Secure xidmətinə qoşub. Bu xidmət online ödənişlərin təhlükəsizliyini daha da artırır və pullarınızı internet fırıldaqçılardan qoruyaraq, alış-veriş prosesini daha xoş və rahat edir.

Xidmətin işləmə mexanizmi çox sadədir. İnternet üzərindən ödəniş həyata keçirərkən bütün lazımi rekvizitlər qeyd olunduqdan sonra, müştəri şifrə qeyd etmək üçün xüsusi səhifəyə yönləndirilir. Şifrə avtomatik müştərinin mobil nömrəsinə SMS formasında göndərilir. Həmin şifrəni səhifədəki xüsusi xanaya qeyd edərək ödənişi təsdiq etmək mümkündür. Şifrə bilavasitə ödəniş həyata keçirilən zaman göndərilir və təsdiq üçün yalnız bir dəfə istifadə oluna bilər. Beləliklə internet üzərindən kart sahibindən xəbərsiz heç bir ödəniş həyata keçirmək mümkün olmur.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

 

http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az