DəmirBank bankomat vasitəsilə pul göndər !

DəmirBank bankomat vasitəsilə pul göndər ! | alkredit.az

DəmirBank bankomat vasitəsilə pul göndər ! | alkredit.az

 

DəmirBank bankomat vasitəsilə Cash by Code – pul göndərmək xidmətini tətbiq edib. Yeni xidmət vasitəsilə Visa plastik kart sahibləri 5 manatdan 500 manatadək pul göndərə bilərlər.
Bunun üçün bankomatda müvafiq “Cash by Code” bölməsini seçmək, pul alacaq şəxsin mobil telefon nömrəsini yazmaq və göndəriləcək məbləği qeyd etmək lazımdır. Əməliyyat sona çatdıqdan sonra müştəriyə üzərində 5 rəqəmli şifrə qeyd olunan qəbz verilir, pulu alacaq şəxsə isə 5 rəqəmli şifrə qeyd olunan SMS göndərilir. Qəbzdə olan şifrəni pul alacaq şəxsə bildirmək zəruridir. 
Pulu alacaq müştəri 24 saat ərzində MilliKarta daxil olan və Cash by Code funksiyasını dəstəkləyən istənilən bankomatdan SMS-la gələn və qəbzdə çap olunan şifrəni daxil etməklə məbləği nağdılaşdıra bilər.
Pul 24 saat ərzində nağdlaşdırılmasa, həmin məbləğ yenidən göndərən müştərinin hesabına qayıdır. Əməliyyat yalnız manatla aparılır və pul göndərən şəxsdən 1% (minimum 1 manat) komissiya tutulur. Bankomatlar vasitəsilə müxtəlif xidmətlər müştərilər üçün vaxt və rahatlıq baxımından çox əlverişlidir.
Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

 

 

http://www.demirbank.az/?/az/news/view/577/