DəmirBank biznes kreditləri üzrə “Vaxt getdi” adlı güzəştli kredit aksiyasına başlayıb

DəmirBank biznes kreditləri üzrə yeni “Vaxt getdi” adlı güzəştli kredit aksiyasına başlayıb. Aksiya 7 fevral 2014-cü il tarixinədək davam edəcək. 

Aksiya şərtlərinə görə 13-17 yanvar tarixlərində Banka müraciət edənlərə 4%, 21-24 yanvar tarixlərində Banka müraciət edənlərə 3%, 27-31 yanvar tarixlərində Banka müraciət edənlərə 2%, 3-7 fevral tarixlərində Banka müraciət edənlərə isə illik faiz dərəcəsində 1% endirim ediləcək. Müştəri aksiya çərçivəsində yalnız bir kredit məhsulundan yararlana bilər.

DəmirBank müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə və qulluqçularına kredit, mebel və məişət texnikası kreditləri, təmir və digər istehlak kreditləri mövcuddur.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

 

http://www.demirbank.az/?/az/news/view/512/