DəmirBank biznes proseslərin avtomatlaşdırılmasını davam etdirir

DəmirBank biznes proseslərin avtomatlaşdırılmasını davam etdirir | alkredit.az

Hər zaman müştərilərinə dəyər verən “DəmirBank” bugün də öz dinamik inkişafını davam etdirməkdədir. Müştərilərə daha çevik və keyfiyyətli xidmət göstərmək üçün biznes proseslərin avtomatlaşdırılması davam etdirilir. Bankın biznes prosesləri dünyada ən məşhur ERP sistemlərindən olan SAP sisteminin üzərindədir. Bundan başqa, plastik kartların müstəqil prosessinq mərkəzi olan OCEAN proqramının tətbiqi uğurla başa çatdırılmaqdadır.

Biznes proseslərin avtomatlaşdırılması həm də resurslara qənaət edilməsinə gətirib çıxarır. Bunun sayəsində işçi sayının da optimallaşdırılması mümkün olmuşdur. Sentyabr ayında Bankda çalışanların sayını ilin başlanğıcıyla müqayisə etsək, 3% (35 nəfər) azalma olduğunu görərik.

DəmirBank sentyabr ayı ərzində 2 filialının – Ağsu və Sabunçu filiallarının yeni interyer dizaynda təmir olunmuş ofisinin açılış mərasimlərini keçirtmişdir. Yaxın zamanda isə daha 2 filialın açılışı və bir neçə yeni böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

26 illik zəngin tarixə malik DəmirBank Azərbaycanın aparıcı banklarından biridir. Hazırda “DəmirBank”ın ölkə üzrə 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 20-si isə regionlarda yerləşir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

 

http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az