“DəmirBank”dan xanımlara 8 faiz hədiyyə!

DəmirBankdan  xanımlara  8 faiz hədiyyə! | alkredit.az

“DəmirBank”dan  xanımlara  8 faiz hədiyyə!

“DəmirBank” 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə 6,7,8 mart tarixlərində “DəmirTaksit” kartı ilə əməliyyat aparmış xanımların etdikləri bütün əməliyyat məbləğlərin 8 %-ni hədiyyə olaraq onların balansına geri qaytaracaq. Bununla yanaşı, Bank xanımlara  6,7,8 mart tarixlərində “DəmirTaksit” kartı üzrə  limitsiz nağdılaşdırma imkanı da verəcək.

35 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür. “DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.