DəmirBank-dan xarici valyutada əmanət yerləşdirmək istəyənlər üçün sərfəli təklif

DəmirBank-dan xarici valyutada əmanət yerləşdirmək istəyənlər üçün sərfəli təklif | alkredit.az

DəmirBank AZN vəsaiti olan, lakin xarici valyutada əmanət açmaq istəyənlərə çox sərfəli şərtlər təklif edir. Belə ki, müştərilər DəmirBank-ın istənilən filialına yaxınlaşıb AZN vəsaitini Mərkəzi Bank məzənnəsi ilə konvertasiya edərək xarici valyutada əmanət yerləşdirə bilərlər.

Qeyd etmək lazımdır ki, DəmirBank müxtəlif əmanət növləri təklif edir.  Hazırda 1, 3, 6, 9 və ya 12 aylıq açılmağından asılı olmayaraq USD əmanətlərini illik 9%-lə yerləşdirmək mümkündür. Həmçinin, əmanət növündən asılı olaraq müştərilər istənilən zaman vəsaitlərini əlavə edə və cəriməsiz tam və ya qismən çıxara bilər. Əmanətlərin artırılması prosesinin sədələşdirilməsi məqsədilə, müştərilər üçün Banka məxsus terminallardan vəsait əlavə etmək imkanı da yaradılmışdır.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.

 

http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az