DəmirBank demirtaksit.az saytını istifadəyə verib

“DəmirBank” təqdim etdiyi “DəmirTaksit” kartı üzrə www.demirtaksit.az saytını müştərilərinin istifadəsinə verib. Saytda “DəmirTaksit” kart istifadəçiləri kartla bağlı yeniliklərdən, kampaniyalardan, endirimlərdən yararlana biləcəklər.  Bununla yanaşı, saytda onlayn kalkulyator funksiyası var ki, bu da istifadəçilərə ödənişlərini asanlıqla hesablamaq imkanı verir. Belə ki, istifadəçi xanaya ödəniş məbləğini daxil etməklə, ödəniş müddəti, aylıq ödəniş və ümumi borcla bağlı məlumat əldə edə biləcək.  “Sifariş et” bölməsinə daxil olmaqla isə “DəmirTaksit” kartını onlayn sifariş etmək mümükündür. Saytda müştərilər, həmçinin “Onlayn məsləhətçi” bölməsi vasitəsilə mütəxəssislərdən məhsul və xidmətlər barədə məsləhətlər ala bilərlər.

DəmirBank demirtaksit.az saytını istifadəyə verib | alkredit.az

27 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür. “DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

 

http://www.demirbank.az/?/az/news/view/611/