“DəmirBank” kreditləşməni davam etdirir

DəmirBank kreditləşməni davam etdirir | alkredit.az

“DəmirBank” müxtəlif istiqamətlərdə kreditləşməni həyata keçirir. Belə ki, Bank həm dövlət və özəl müəssisələrində çalışanların istehlak məqsədilə, həm də biznesini artırmaq istəyən sahibkarlara dəstək məqsədilə vəsaitlərin ayrılması davam etdirilir. Sahibkarlar “DəmirBank”dan sərfəli kreditlər əldə edərək öz bizneslərini genişləndirmək imkanı əldə edə bilərlər.

DəmirBank kiçik sahibkarlığın inkişafı üçün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına sahibkarlara güzəştli kreditlər verməkdə davam edir. Bu kreditlər SKMF-in dəstəyi ilə ölkədə sahibkarlığın inkişafına yönəlik dövlət kreditləşmə proqramı çərçivəsində təqdim edilir. Belə ki, sahibkarlar 36 ay müddətinə 6% sərfəli kreditlərdən yararlana bilərlər. Sahibkarlar həmçinin 18 aylıq güzəşt müddətindən də yararlanmış olacaqlar.

Bununla yanaşı DəmirBank Azərbaycan Dövlət İpoteka Fondu ilə də əməkdaşlıq edir. Uğurlu əməkdaşlığın nəticəsi olaraq DəmirBank yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcminə görə 2015-ci ilin yekunlarına əsasən 1-ci yerə layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, DəmirBank əhaliyə Azərbaycan Dövlət İpoteka Fondu hesabına adi və sosial ipotekayla yanaşı Bankdaxili ipoteka kreditlərini də təklif edir.

Sahibkarlıq krediti və digər kreditlər Bankın bütün filiallarında verilir. 26 illik zəngin tarixə malik DəmirBank Azərbaycanın aparıcı banklarından biridir. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

 

 

http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az